Direktorun şagirdlər tərəfindən döyülməsi ilə bağlı AÇIQLAMA

 16:19 14.06.2019     320

İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.

Redaktor.az trend.az-a istinadən xəbər verir ki, bu barədə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".

Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.