Qobustanda yanğın davam edir - İki helikopter cəlb olunub

 17:53 14.06.2019  21

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.