"Son zəng" günü məzunlar maşını aşırdı - Lənkəranda ağır yol qəzası

 19:37 14.06.2019     697

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüblər.


Redaktor.az APA-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.


Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.


Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub. 


Faktla bağlı araşdırma aparılır.

loading...