Bakıda ağır yol qəzası baş verib, yaralananlar var - FOTOLAR

 22:19 14.06.2019     487

Bu gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, əks yolda hərəkətdə olan maşın Heydər Əliyev Hava Limanı istiqamətində şütüyən avtomobilin qarşısına çıxaraq qəza törədib. Nəticədə Təcili Tibbi yardım maşını da olmaqla, bir neçə minik avtomobili biri-birinə çırpılıb.

Yaralıların olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma başlanılıb.

 

2