SON DƏQİQƏ! - Bakıda yanan avtomobil tıxaca səbəb oldu

 21:04 14.06.2019     805

Nəqliyyat vasitəsində baş verən yanğın tıxaca səbəb olub.

Redaktor.az xəbər verir ki, təxminən saat 20:30 radələrində Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb. Hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

BNA-dan verilən məlumata görə, məlum hadisə ilə bağlı həmin ərazidə yaranan nəqliyyat sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Gülşən Şərif/ Redaktor.az