Bakıda üç məzun dənizdə boğuldu

 21:56 14.06.2019     389

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.


Redaktor.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olub.


Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:
"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb . Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir”.