Xəzərdə çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər xilas edilib

 09:37 15.06.2019     378

Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Paytaxtın Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.