İyulda ilin ikinci Ay tutulması baş verəcək

 11:31 15.06.2019     422

İyulun 17-də carı ilin ikinci Ay tutulması (qismən) baş verəcək.

Redaktor.az-ın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, proses saat 00:03-də başlayacaq, saat 01:31-də maksimumda olacaq, saat 02:59-da başa çatacaq.

Ay tutulması Cənubi Amerika, Avropa, Afrika və Avstraliyada müşahidə ediləcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, 2019-cu ildə ilk Ay tutulması (tam) 21 yanvarda baş verib.