Ələt-Şirvan dəmiryolu xəttində baş verən yanğın lokallaşdırılıb - VİDEO / YENİLƏNİB

 14:18 15.06.2019     374

Ələt-Şirvan dəmiryolu xəttində baş verən yanğın lokallaşdırılıb.

Redaktor.az-ın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin 45-ci kilometrliyində, Şirvan çeşidləmə stansiyasında yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına quru otun yanaraq şpallara keçməsi səbəb olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin  Şirvan Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Yanğının əsas dəmir yolu xəttinə keçməsinin qarşısı alınıb.

Dəmir yolu təsərrüfatına ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 13:07

Ələt-Şirvan dəmiryolu xəttində yanğın baş verib.

Redaktor.az-ın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin Şirvan ərazisində yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına səbəb quru otun yanaraq şpallara keçməsi olub. Dəmir yolu xəttinə təhlükə yaransa da alovun qarşısını almaq mümkün olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində iş aparır.