Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

 20:54 15.06.2019     447

Goranboy rayonunun Hacallı kəndində kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkəri yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Redaktor.az Trend-ə istinadən bildirir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Ulacalı kəndində traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.