11-ci sinif şagirdi intihar etdi

 21:49 15.06.2019     84

Sabirabad rayonunda intihar faktı qeydə alınıb.

Redaktor.az ONA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Ulacallı kəndində baş verib.

2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun meyiti yaşadıqların evin həyətində aşkar edilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.