Qubada minik maşını krana çırpılıb, sürücü ölüb

 11:13 16.06.2019     483

Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın ONA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.  

27 yaşlı Nügədi kənd sakini Şahbaba Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən