Kürdəmirdə 10 hektar biçilmiş taxıl sahəsi yanıb - VİDEO
Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
Redaktor.az "Report"un Yuxarı-Şirvan bürosuna istinadən xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.












