Elton Hüseynəliyevə AĞIR İTKİ - FOTO
Azərbaycanlı müğənni Elton Hüseynəliyevə ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, bu gün ifaçının atası Əşrəf Hüseynəliyev vəfat edib.
Bu barədə məlumatı prodüser Tarix Əliyev şəxsi İnstaqram hesabı vasitəsiylə yayıb. O, sənətçinin atasının neçə gündür ağır xəstə olduğunu bildirib.













