Sumqayıtda ər arvadını bıçaqlayıb

 17:28 16.06.2019     390

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, şəhərin 9-cu mikrorayonunda ər-arvad arasında düşən mübahisə qanla nəticələnib.

Qısqanclıq zəminində Sumqayıt sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı əri tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılan 44 yaşlı qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən