Quzanlıda zəncirvari qəza: yaralı var

 21:17 16.06.2019     461

Ağdam rayonunun Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib.

Redaktor.az Azərtac-a istinadən xəbər verir ki, “VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mersedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107"-yə çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən