Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

 21:44 16.06.2019     424

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

Redaktor.az xəbər verir ki, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 - Ekonom taksi, *2424, *8844 - Siti taksi, 189 - taksi xidməti, *9933 - Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir. 

Misal üçün *9933 - Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir. 

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.Unikal

Vumart və Güvən reklamı Vumart Güvən