Azərbaycanda KÜTLƏVİ DAVA: 3 nəfər QƏTLƏ YETİRİLDİ - FOTOLAR

 11:41 17.06.2019     4168

Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.

Kütləvi dava zamanı insanlara odlu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.

Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir.

* * *

Saat 11:28

Ağstafadakı kütləvi dava zamanı 2 nəfərin saxlanıldığı deyilir.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.

* * *

Saat 11:14

Ağstafa rayonunda kütləvi dava olub.

Məlumata görə, hadisə rayonun Böyükkəsik kəndində qeydə alınıb.

Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.