Avtomobil qəzaya uğradı: Sürücü öldü
Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, qəza Saray postunun yaxınlığında qeydə alınıb.
1979-cu il təvəllüdlü sürücü Ocaqverdiyev Vüqar İnqilab oğlu minik avtomobili ilə qəzaya uğrayıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.












