Qazaxda yük maşını 25 yaşlı gənci vuraraq öldürüb - FOTO

 20:17 17.06.2019     670

Qazaxda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 25 yaşlı Turxan Eldarov yolu keçmək istəyərkən 1989-cı il təvəllüdlü Tovuz rayon sakini Musayev Arif Arzu oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını onu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən