Gəncədə ruhi xəstə yaşadığı evi yandırıb

 00:18 18.06.2019     358

Gəncə şəhərinin Gülüstan qəsəbəsində ev yanıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə qəsəbədə məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün, 1941-ci il təvəllüdlü Köçəri Nəriman oğlu Ağalarovaya məxsus evdə baş verib.

Nəticədə ümümi sahəsi 110 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və evin tavanının 10 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə Göygöl rayonundan və Gəncə şəhərindən ümumilikdə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın tam söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğını ev sahibinin ruhi xəstəlikdən əziyyət çəkən oğlu C.Ağalarovun törətdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən