Sabunçuda qadını maşın vurub
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Redaktor.az Report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızı Bakıxanov qəsəbəsində yolu keçərkən onu maşın vurub.
Yaralı 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.












