Zakir Həsənov: Erməni nazir yalan danışır, özünü nümayiş etdirir

 10:51 18.06.2019     585

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, Z.Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür: “Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir”.

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi də deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik”.