Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına bu tarixdən başlanacaq

 11:09 18.06.2019     341

Gələn ilin birinci yarısında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına başlayacaq.

MİDA-dan Redaktor.az-a verilən məlumata görə, Xəzər dənizi sahilindən 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir: “Gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır”.

11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2 962 ailəni mənzillə təmin edəcək.