Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

 11:12 18.06.2019     363

Bu gündən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, uçuşlar hər həftənin II günləri həyata keçiriləcək. 

Məlumata görə, 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsi Yekaterinburqdan yerli vaxtla 17:30-da, əks istiqamətdə isə saat 12:30-da havaya qalxacaq.

“Yeni hava daşıyıcısının işə başlaması ilə Yekaterinburqdan Azərbaycana yola düşən birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq. Həftədə iki dəfə – cümə axşamı və bazar günləri – Bakıya uçuşları “Ural Airlines” həyata keçirir. Bakı Cənubi Qafqazın aparıcı iqtisadi və mədəni mərkəzidir, Xəzər dənizi sahilində yerləşən iri bir limandır”, - deyə Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib.