Ağstafada qonşular arasında dava olub, xəsarət alanlar var

 10:46 18.06.2019     308

Ağstafa sakini qonşusunu maşınla vurub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, rayonun Qaçaq Kərəm küçəsində yaşayan, 1973-cü il təvəllüdlü  Rövşən Namazov ayaq sınığı diaqnozu ilə, 1940-cı il təvəllüdlü Telman Mansırov isə döyülmə xarakterik xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

İlkin araşdırma zamanı məlum olub ki, qonşuluqda yaşayan Rövşən Namazovla Telman Mansırov arasında evlərinin qarşısında mübahisə düşüb, mübahisə zamanı sonuncunun oğlu Ramin Mansırov özünə məxsus "Mercedes" markalı avtomobilli Rövşən Namazovun üzərinə qəsdən sürüb və xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır.