Sumqayıtda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

 13:42 18.06.2019     314

Bak-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun 56-cı kilometrliyində, Sumqayıtın “Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.  "Toyota RAV" markalı avtomobilini sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Rəsmiyyə Zöhrab qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan digər 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.