Azərbaycanda bazardakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

 14:07 18.06.2019     764

Ağstafada baş vermiş gülləbaranın görüntüləri yayılıb.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verib. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib.

Əlavə edək ki, hadisədə daha 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həmin hadisənin görüntülərini anbaan təqdim edirik.