Bu vəkillər vergidən AZAD OLUNA BİLƏR

 15:08 18.06.2019     389

"Vəkillərin vergi yükü çoxdur. Bu yükün azaldılması, hətta regionlarda fəaliyyət göstərən vəkillərin tamamilə vergidən azad edilməsi mümkündür".

Redaktor.az fed.az-a istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, bildirib ki, Azərbaycanda vəkilliyə maraq artıb və mütəmadi imtahanlar keçirilir: 

"Bu gün deyirlər ki, Azərbaycanda vəkillərin sayı azdır. Biz sayı artırmaq üçün əlimizdən gələni edirik. Ancaq Azərbaycanda ümumilikdə hüquqşünasların sayı azdır".

Kollegiya sədri deyib ki, məhkəmə-hüquq sahəsindəki islahatlarla korrupsiya halları və digər neqativ məsələlər aradan qalxdıqca, vəkilliyin nüfuzu daha da artacaq.