Ağcabədidə 13,5 hektar taxıl sahəsi yanıb

 17:31 18.06.2019     268

Ağcabədi rayonunun Xocavənd kəndində 9,5 ha biçilməmiş və 4 ha biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.