Azərbaycanla Yaponiya ekoturizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

 18:30 18.06.2019     281

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Yaponiya Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin yanında Turizm Agentliyinin sədr müavini Cun Takaşina ilə görüş keçirilib.

Bu barədə Redaktor.az-a nazirlikdən bildirilib.

Görüş zamanı Azərbaycan-Yaponiya arasında əməkdaşlığın mövcud vəziyyəti, həmçinin ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub və fikir mübadiləsi aparılıb.