Ağstafada 34 yaşlı kişi kombaynın altında qalıb

 06:21 19.06.2019     366

Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, rayonun Yaradullu kənd sakini, 34 yaşlı Turxan Hüseynov taxıl sahəsində biçin zamanı kombaynın altında qalıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, biçin zamanı kombaynda nasazlıq yaranıb. T.Hüseynov nasazlığı düzəltmək istəyən zaman kombaynın mühərriki işə düşüb və onun üstünə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən