Babək prospektində qəza: Nəqliyyat vasitəsi yol kənarına aşdı - FOTOLAR
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, qəza Babək prospektindən üzü şəhər istiqamətində baş verib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə səbəbindən hazırda qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.














