SOCAR yeni yanacaqdoldurma məntəqələri istifadəyə verəcək

 09:23 19.06.2019     453

Azərbaycan Dövlət Neft Şirkəti "SOCAR" bu il iki yeni yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə Redaktor.az-a SOCAR-dan bildiriblər. Qeyd edilib ki, yanacaqdoldurma məntəqələrinin Bakı və Şəkidə istifadəyə verilməsi nəzərdə tutulur.

Şirkətdən bildirilib ki, SOCAR, həmçinin sıxılmış təbii qaz (CNG) satışı üzrə yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyə davam edir:

"Hazırda Azərbaycanda SOCAR brendi altında 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir".

 

SOCAR-ın istehsal üzrə vitse-prezidenti Davud Məmmədov bildirib ki, ilin sonunadək Azərbaycanda sıxılmış təbii qazın satılması üçün məntəqələrin sayının 14-ə çatdırılması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən