SON DƏQİQƏ ! - Mingəçevirdə ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb

 21:24 19.06.2019     542

Mingəçevir şəhərində ehtiyat su anbarının yaxınlığında yanğın başlayıb. 

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bu barədə yerli sakinlər məlumat verib. 

Bildirilib ki, Bozdağın ətəklərində başlayan yanğın su bəndinə doğru hərəkət edir. 

Hadisə yerinə Mingəçevir şəhər dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.  

Vumart və Güvən reklamı Vumart Güvən