Şəkidə ferma yanıb

 23:58 19.06.2019     484

Şəkinin Aşağı Küngüt kəndində yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 750 kv.m olan fermanın yanar konstruksiyaları və damına yığılan 12,5 ton ot bağlaması yanıb.

Bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən