Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib

 22:39 19.06.2019     391

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

Bolqarıstan parlamentinin sədrini hava limanında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən