Vergi orqanlarında çalışan fəhlə və bağbanın maaşı artırılıb - 9 manat

 09:17 20.06.2019     315

Nazirlər Kabineti “Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları”nda dəyişiklik edib.

Redaktor.az bildirir ki, dəyişiklik xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti maaşı ilə bağlıdır.

Qərara əsasən, vergi orqanlarında buu xidməti heyətin aylıq vəzifa maaşı 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Vumart və Güvən reklamı Vumart Güvən