Siyasi partiyaların fəaliyyətinin dayandırılması barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək

 10:02 20.06.2019     340

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Redaktor.az bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, siyasi partiyaların, həmkarlar ittifaqlarının fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən