Bakıda QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyası keçirilir

 13:15 20.06.2019     448

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 53-cü Baş Assambleyası keçirilir.

Redaktor.az APA-ya istinadən bildirir ki, sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.

Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak edir.

Vumart və Güvən reklamı Vumart Güvən