Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

 15:10 20.06.2019     458

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb.

Redaktor.az-ın məlumatına görə, medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.

Vumart və Güvən reklamı Vumart Güvən