"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır" - Əli Əhmədov

 16:42 20.06.2019     405

“Azərbaycan çoxlu sayda qaçqını olan ölkələrdən biridir. Diqqətinizə çatdırırım.ki, 2018-ci ilin sonunda olan məlumata görə, dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Bu da dünya əhalisinin 1 faizini təşkil edir”.

Redaktor.az APA-ya istinadən bildirir ki, bunu Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir: “Bu vəziyyət  30 ilə yaxındır ki, davam etməkdədir. Bundan çıxan nəticə ondan ibarətdir ki, Azərbaycan qaçqınlarının sayına görə yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Azərbaycanda münaqişənin tənzimlənməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün çox təsirli addımları bu günə qədər görə bilməyib. Beynəlxalq təşkilatlar, ilk növbədə isə BMT tərəfindən yaradılmış ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan insanları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar”.

Vumart və Güvən reklamı Vumart Güvən