SON DƏQİQƏ! Məşhur azərbaycanlı sənətçi VƏFAT ETDİ
Cənubi Azərbaycanın məşhur xanəndəsi Huşəng Azəroğlu vəfat edib.
Redaktor.az Publika.az-a istinadən xəbər veriri ki, bu barədə sənətçi Cavid Təbrizli məlumat verib.
Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən Huşəng Azəroğlu dünən dünyasını dəyişib.
Qeyd edək ki, xanəndə milli ruhlu mahnıları ilə şöhrət qazanıb. Onun ifa etdiyi “Sizə Salam gətirmişəm”, “Olmaz, olmaz, olmaz” mahnıları dillər əzbəri olub.
Allah rəhmət eləsin!













