Suraxanıda DƏHŞƏT - Qayın yeznəsini qətlə yetirdi, arvadını isə bıçaqladı

 22:59 20.06.2019     1061

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən