Füzuliyə yeni hərbi prokuror təyin olundu

 16:25 21.06.2019     315

Füzuliyə yeni hərbi prokuror təyin olunub.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Baş prokurorun əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Trend-ə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.