Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib
Gəncədə yaşayış binası yanıb.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.
Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












