Cəbhə bölgəsində yerləşən hərbi birlikdə təlim məşqləri keçirilib - VİDEO

 17:51 21.06.2019     424

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər.