İmişlidə beşotaqlı ev yanıb

 00:18 22.06.2019     359

İmişli rayonunda fərdi yaşayış evi yanıb.

Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Çaxırlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Firudin Maşallah oğlu İsayevə məxsus ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli, beşotaqlı evdə yanğın olub. Əraziyə İmişli rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, ev yanaraq külə dönüb. Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.