Bakıda 19 yaşlı oğlan küçədə bıçaqlandı

 05:22 22.06.2019     384

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində baş verib.

Babək prospekti 32 ünvanının qarşısında Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Quliyev Orxan Samir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.