Nizamidə YANĞIN: 1 nəfər tüstüdən zəhərləndi

 10:04 22.06.2019     749

Bakıda yanğın faktı qeydə alınıb.

Redaktor.az-a FHN-dən verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Vumart və Güvən reklamı Vumart Güvən